Avropa İttifaqı Şurasının prezidentinin Gürcüstana səfəri başlayıb
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Gürcüstana ilk səfəri başlayıb. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
Ş.Mişel rəsmi görüşlərə sabahdan etibarən başlayacaq.
O, səfər çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, Parlament sədri Arçil Talakvadze, həmçinin siyasi partiyaların nümayəndələri ilə də görüşəcək.
Aİ-nin ali rəsmisi Gürcüstandan sonra Ukraynaya yola düşəcək.