Sarkisyanın anası öldü: Xankəndidə dəfn ediləcək

Xəbərlər

07.11.2021 - 14:31

Xocalı qatilinin anası Nora Sarkisyan 92 yaşında dünyasını dəyişib

Dünyaya Xocalı qatili Serj Sarkisyan kimi bir idbarı gətirən Nora Sarkisyan bu gün 92 yaşında ölüb. AYNA xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu “Facebook” hesabında yazıb.  

Jurnalist qeyd edib ki, panixida mərasimi (vida mərasimi) noyabrın 8-də saat 18:00-da Xankəndidəki Müqəddəs Akop kilsəsində, dəfn isə noyabrın 9-da saat 12:00-da olacaq.

“Həyatın belə qəribə gərdişləri var. Əli minlərlə dinc insanın qanına bələnmiş bir alçaq anası ilə Zəfər Günü vidalaşacaq. Sabah kilsənin həyətindən başını qaldırıb Şuşaya baxanda nə hisslər keçirəcək? Niyə anasını götürüb İrəvanda basdırmır? Bunu Xankəndidə etməklə nə demək istəyir bu tigranoid?...Bu mənfur adamla bağlı ağlımdan başqa fikirlər keçir. Sabahkı Böyük Bayramımız ərəfəsində bu fikirləri burada paylaşmaq istəmirəm”, - deyə Nəbioğlu bildirib.

Müəllif: Ayna.az