Salyanda bir ailənin üç üzvü bıçaqlanıb

Hadisə

27.10.2026 - 16:39

Bıçaqlananlardan biri ölüb

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. Onlardan biri ölüb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası-1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş