Sahibə Qafarova sərəncam imzalayıb

Siyasət

31.07.2020 - 19:56

Deputatlar növbədənkənar sessiyanın çağırılmasını tələb edib

 

Milli Məclisin Sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. 

 

Bu tələbi nəzərə alan S.Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş