Spikeri rəsmi şəxslər qarşılayıblar
Sentyabrın 2-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.
Milli Məclisdən AYNA.AZ-a verilən məlumata görə, Cenevrə beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.