Bu, məktəb və valideyn arasında məsafənin azaldılmasına yardım edir
Noyabrın 16-sı saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı aktiv olacaq.
Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün bu portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.