Sabahın havası: 40 dərəcə isti olacaq

Xəbərlər

24.08.2026 - 14:41

Bakıda və rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir

Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.

Gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş