Sabahın hava proqnozu

Xəbərlər

03.01.2021 - 13:16

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraiti üstünlük təşkil edəcək

 

Yanvarın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, yanvarın 4-də  Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6, gündüz  7-9, Bakıda gecə 4-6, gündüz  7-9  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət 70-80 faiz olacaq.

 

Yanvarın 4-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş