Sabahın hava proqnozu

Xəbərlər

03.11.2026 - 14:55

24 dərəcə isti olacaq

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 11-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş