Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq
Avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55% olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.