Sabaha gözlənilən xəbər

Xəbərlər

12.02.2020 - 13:32

cedabet dərman SEO Xidməti

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq

 

Bakıda və Abşeron yarımadasında fevralın 13-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

 

AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz  7-11, Bakıda  gecə 0-2,  gündüz  9-11 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında isə fevralın 13-də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz  9-14 dərəcə isti, dağlarda gecə 7-12, gündüz  0-5 dərəcə şaxta  olacaq.  

 

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş