Sabah Qəbələdə bəzi ərazilərdə qaz olmayacaq

Xəbərlər

19.08.2026 - 22:36

Sabah Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 20 avqust 2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin bir hissəsinin, həmçinin rayonun Vəndam, Tüntül, Yengicə və Nohurqışlaq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş