Saatlıda 9 kiloqram narkotik aşkarlanıb

Xəbərlər

23.07.2026 - 17:06

9 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb

Saatlıda 9 kiloqram narkotik vasitə aşkarlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 37 yaşlı Miriş Miriyev saxlanılıb.

Ondan 9 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş