ICAO Belarus üzərindən uçuşların dayandırılmasını tələb edib
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) İrlandiyanın ucuz hava yolu şirkəti olan “Ryanair”in Minskə məcburi enişindən və göyərtədə olan NEXTA “Telegram” kanalının yaradıcısı Roman Protaseviçin həbsindən sonra Belarus üzərindəki uçuşların dayandırılması tələb edib. Bu barədə AYNA “Reuters”ə istinadən xəbər verir.
Fransa Prezidenti Emmanuel Makronun ofisi də Belarus milli aviadaşıyıcısı olan “Belavia”nın Avropa Birliyi ölkələrindəki hava limanlarına uçuşlarının qadağan edilməsi və Belarus ilə quru nəqliyyat əlaqələrinin dayandırılması barədə düşündüklərini açıqlayıb.
Xatırladaq ki, mayın 23-də Afina-Vilnüs marşrutu ilə hərəkət edən “Ryanair”in təyyarəsi bomba xəbərdarlığından sonra Minskə təcili eniş edib. Hava gəmisində olan “Nexta” “Telegram” kanalının yaradıcısı, jurnalist Roman Protaseviç Minsk hava limanında həbs olunub. Avropa Komissiyasının (EC) rəhbəri Ursula von der Leyen hadisəni qəbuledilməz adlandırıb. Litva Prezidenti Gitanas Nauseda Protaseviçin sərbəst buraxılmasını tələb edib və NATO və AB müttəfiqlərini Belarus rejiminin beynəlxalq mülki aviasiya təhlükəsinə dərhal cavab verməyə çağırış etməyə səsləyib.
Qeyd edək ki, sözügedən jurnalist ötən il Belarusda keçirilən president seçkilərindən sonar baş verən mitinqlərlə bağlı dünyaya xəbərlər çatdırıb. Güman olunur ki, təyyarənin təcili enişi jurnalistin həbsinə hesablanmış gedişdir.