Binada yerləşən digər təşkilatların ofislərində kəskin kimyəvi qoxu hiss olunur
Rusiyanın “Novaya” qəzetinin redaksiyasının yerləşdiyi binaya kimyəvi maddələrlə hücum edilib. AYNA xəbər verir ki, bu barədə nəşrin “Twitter” hesabında bildirilib.
Jurnalistlər bildiriblər ki, redaksiya və binada yerləşən digər təşkilatların ofislərində kəskin kimyəvi qoxu hiss olunur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və FSB-nin xüsusi xidmət orqanlarının əməkdaşları gəliblər.
“Novaya” qəzetinin əməkdaşları bildiriblər ki, boğucu qoxu, 2017-ci ilin yayında jurnalist Yulia Latıninanın evinə və avtomobilinə edilən hücum zamanı yaranan qoxu ilə çox oxşardır.
Məsələ ilə bağlı təhlükəsizlik orqanları tərəfindən araşdırmalar aparılır.