"Onlar həqiqətən də, Rusiya ilə hərbi qarşıdurmaya aparan yol göstərirlər”
“NATO üzvü olan ölkələr Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşırlar”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Qruşko Şərq İqtisadi Forumunda deyib: "Onlar həqiqətən də, Rusiya ilə hərbi qarşıdurmaya aparan yol göstərirlər. Bu, hətta ritorika məsələsi də deyil, amma peşəkar yanaşma aparıb onların etdiklərinin və dediklərinin ümumiliyinə baxsaq, bu, Rusiya ilə müharibəyə hazırlıqdır".
Diplomat əlavə edib ki, bu, alyansın hərbi proqramları, hərbi təlimlərin diqqət mərkəzində olması və şərq cinahında hərbi logistikanın inkişafı, eləcə də Rusiyanın bütün hərbi-siyasi və strateji sənədlərdə təcili və uzunmüddətli təhdid kimi xarakterizə edilməsi ilə göstərilir.