Rusiya Qarabağda 8-10 min ev tikməyi planlaşdırır

Xəbərlər

10.12.2020 - 13:08

Mənzillərin Xankəndi, Xocavənd və Ağdərədə inşası nəzərdə tutulur

 

Rusiya Azərbaycanın Qarabağ bölgəsində 40 min nəfərin yaşaması üçün mənzil tikintisini müzakirə edir. AYNA Rusiya mediasına istinadən bildirir ki, bölgədə 8-10 min mənzilin tikilməsi planlaşdırılır.

 

Ermənistanın keçmiş əmək və sosial məsələlər naziri Mane Tandilyan mənzillərin Xankəndi, Xocavənd və Ağdərədə inşasının nəzərdə tutulduğunu söyləyib.

Müəllif: Ayna.az