Rusiya Prezidentin ömürlük seçilməsi müzakirə olunur

Dünya

10.03.2020 - 16:40

cedabet dərman SEO Xidməti

V.Putinin Dövlət Dumasına gələcəyi gözlənilir

 

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkə prezidenti Vladimir Putinlə prezidentlik müddətinin sıfırlandırılması ilə parlamentdə irəli sürülən təklifi müzakirə edib.

 

AYNA xəbər verir ki, bunu Duma sədrinin müşaviri Anastasiya Kaşevarova bildirib.

 

Onun sözlərinə görə, Vladimir Putinlə təklifi müzakirə etdikdən sonra V.Volodin Dumadakı fraksiya liderləri ilə məsələyə dair müşavirə keçirəcək.

 

Qeyd edək ki, “Yedinaya Rossiya” fraksiyasından olan deputat Valentina Tereşkova Konstitusiyaya prezident müddətinin sıfırlanması (müddət məhdudiyyətinin götürülməsi) ilə bağlı dəyişikliyi təklif edib.

 

Xatırladaq ki, V.Putinin Dövlət Dumasına gələcəyi gözlənilir. (Report)

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş