Rusiya Prezidenti: “Onlar peşman olacaqlar"

Dünya

21.04.2021 - 15:07

Həkimlər Klinikalar SEO Xidməti

Vladimir Putin: “Cavabımız asimmetrik, sürətli və sərt olacaq”

 

"Rusiya bütün dünya ilə dostluq münasibətləri istəyir, amma kimsə bunu zəiflik kimi qəbul edərsə, cavabın cəld və sərt olacağını bilməlidir”.

 

AYNA APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə müraciətində deyib.

 

"Bizim kifayət qədər səbrimiz, məsuliyyətimiz və sağlam düşüncəmiz var. Ancaq ümid edirəm ki, heç kim qırmızı xətti keçməz. Və bunun harada baş verəcəyini özümüzü müəyyənləşdirəcəyik. Rusiya heç kimlə körpüləri yandırmaq istəmir, amma lazım olan anda, cavabımız asimmetrik, sürətli və sərt olacaq. Onlar peşman olacaqlar", - deyə Rusiya Prezidenti vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş