Xarici İşlər Nazirliyi qanun layihəsi hazırlayır
Rusiya hakimiyyəti SSRİ dövründəki çıxış vizaları təcrübəsinə qayıtmağı düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə "Mojem Obışeniya" “Telegram” kanalı məlumat yahyıb.
Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyi müvafiq qanun layihəsi hazırlayır.
Rusiya diplomatik dairələrindəki mənbə kanala bildirib ki, xaricdəki vətəndaşların "təhlükəsizliyini" artırmaq bəhanəsi ilə çıxış vizalarının tətbiqi üçün sənədlər paketi hazırlanır. Prezident Administrasiyasına yaxın mənbə bunu təsdiqləyib.
Kanalın mənbələrinə görə, təklif ondan ibarətdir ki, ruslar "qeyri-dost" ölkələrə yalnız ən azı 10 nəfərdən ibarət mütəşəkkil qruplarda, müşayiətçinin müşayiəti ilə və əvvəlcədən təsdiqlənmiş marşrut üzrə səyahət edə biləcəklər.
Digər ölkələrə fərdi səyahətlərə icazə verilə bilər - siyahı hələ müəyyən edilməyib. Lakin hətta bu halda belə, çıxış vizası tələb olunacaq.
"İndi bizdə olan şey - bilet alıb uçmaq - olmamalıdır. Dövlət icazə verməlidir", - mənbə qeyd edib.