“Rumıniya Parlamenti istefama səs verəcək və Rumıniya böhran vəziyyətinə düşəcək”
Rumıniya Prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Prezidentin Rumıniyanın əsas KİV-ləri tərəfindən yayımlanan bəyanatında deyilir.
“Bu gün Rumıniya Parlamenti prezidentin vəzifədən kənarlaşdırılması proseduruna başlayıb”, - deyə İohannis bu addımı əsassız adlandırıb.
“Bir neçə gündən sonra Rumıniya Parlamenti istefama səs verəcək və Rumıniya böhran vəziyyətinə düşəcək”, - deyə ölkə başçısı vurğulayıb.
İohannis Rumıniya cəmiyyətinin parçalanacağını proqnozlaşdırdığını və “əgər prezident seçkilərinə artıq hazırlıq gedirsə, xaricdə heç kimin bu demarşın niyə edildiyini başa düşməyəcəyini” qeyd edib: “Əsasən hamı bizə güləcək. Rumıniya və Rumıniya vətəndaşlarını bu böhrandan, belə faydasız və neqativ haldan xilas etmək üçün mən vəzifəmdən istefa verirəm. Fevralın 12-də vəzifəmi tərk edəcəm”.