Ronaldo tarixi rekorda imza atıb

İdman

02.09.2021 - 04:17

Hücumçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb

 

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

 

AYNA xəbər verir ki, onun rekordu DÇ-2022-nin İrlandiya ilə bu gün keçirilən görüşündə qeydə alınıb.

 
Matçın 89-cu dəqiqəsində fərqlənən 36 yaşlı hücumçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.

 

Portuqaliya millisində 110-cu qolunu vuran futbolçu İran yığmasının əfsanəsi Əli Daeinin dünya rekordunu qırıb. Azərbaycan əsilli Daei millidə 109 dəfə rəqib qapılarına yol tapıb.

 

Ronaldo görüşün 90+6-cı dəqiqəsində isə daha bir qol vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş