Robert Köçəryan və oğlu saxlanılıb

Dünya

25.08.2026 - 16:18

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat yayıb

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

Komitə əvvəllər Ermənistan mediasına korrupsiya ilə bağlı davam edən cinayət araşdırmaları çərçivəsində bir neçə onlarla ünvanda axtarış aparıldığını aqçıqlayıb.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları çərşənbə axşamı səhərindən bəri Köçəryan və onun oğlu, parlament üzvü və müxalifətdəki “Ermənistan” fraksiyasının üzvü Levon Köçəryanın evlərində axtarışlar aparıblar.

Mediada yayılan məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Köçəryan ailəsi ilə əlaqəli olan “Orange Fitness” idman mərkəzində də axtarışlar aparıblar.

Ötən bazar ertəsi Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə Levon Köçəryanla görüşərkən ailələrinin əmlakının əlindən alınacağını açıqlamışdı.

Parlament üzvü Anna Qriqoryan jurnalistlərə bildirib ki, Levon Köçəryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş