Qvineyada hərbi çevriliş baş verib

Dünya

05.09.2021 - 20:16

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçilər məsuliyyəti öz üzərlərinə götürmək barədə qərar qəbul ediblər

 

Qvineyada qiyamçıların lideri polkovnik Mamadi Dumbuya Prezident Alfa Kondenin həbs olunduğunu elan edib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Xəbərə görə, M.Dumbuya çıxışında bildirib ki, ölkədə sosial, siyasi və iqtisadi vəziyyət həddən artıq ağır olduğu üçün hərbçilər Qvineyanın gələcəyi üçün məsuliyyəti öz üzərlərinə götürmək barədə qərar qəbul ediblər.

 

Polkovnik ölkədə Konstitusiyanın qüvvəsini dayandırdığını, parlamentin buraxıldığını, sərhədlərin bağlanıldığını bəyan edib və hərbçiləri kazarmalarda qalmağa çağırıb.

 

Dumbuya Milli Birlik və İnkişaf Komitəsinin lideri postunu tutduğunu bildirib. Qeyd edib ki, bu Komitənin məqsədi dövlətin qarşısında duran problemlərin həlli üçün ölkənin bütün vətəndaşlarını birləşdirməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş