“Həbs olunan fələstinlilərin terror fəaliyyəti ilə məşğul olduqlarını güman edirik”
Fələstin rəhbərliyinə bağlı olan Qüds şəhərinin meri Adnan Qays və 8 nəfər fələstinli İsrail təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrail polisi merin evinə edilən basqından sonra heç bir açıqlama verməyib.
Lakin İsrail ordusu 8 fələstinlinin həbs olunmasını belə əsaslandırıb: “Həbs olunan fələstinlilərin terror fəaliyyəti ilə məşğul olduqlarını güman edirik”.
Qeyd edək ki, bu, Adnan Qaysın ilk həbsi deyil. O, 3 illik fəaliyyəti dövründə İsrail təhlükəsilik qüvvələri tərəfindən 13 dəfə həbs olunub.