Dörd tondan çox çətənə kolu yandırılıb
Quba rayonunda külli miqdarda çətənə kolu aşkar edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Xanəgah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4,2 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.