Qonşu ölkədə COVID-19-un üçüncü dalğası başlayıb

Dünya

11.04.2021 - 23:58

Hökumət üçüncü dalğanın böyük fəsadlara səbəb olmaması üçün müvafiq tədbirlər görür

 

Gürcüstanda koronavirusun (COVID-19) üçüncü dalğası başlayıb. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

 

Qamkrelidze qeyd edib ki, hökumət üçüncü dalğanın böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün müvafiq tədbirlər görür.

 

“İnsanlarımızı tətbiq olunan qaydalara əməl etməyə çağırıram”, - deyə bildirib.

 

Xatırladaq ki, son sutka ərzində Gürcüstanda 707 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

 

Müəllif: Ayna.az