Əldə edilən gəlirin bir hissəsini 20 milyon insanın hesabına yatırılacağı bildirilir
İranda irimiqyaslı etirazlara səbəb olan yanacaq artımından sonra hökumət xalqa dəstək verəcəyini açıqlayıb. AYNA xəbər verir ki, İran hökuməti 205 min İran tüməni civarında (55 min manat) xalqa sosial yardım veriləcəyini bildirib.
Hökumət subsidiyaların ilkin mərhələsi olaraq benzin artımından əldə edilən gəlirin bir hissəsini 20 milyon insanın hesabına yatıracağını bildirib.
Qeyd edək ki, İranda keçən həftə yanacağın bahalaşması kütləvi etirazlara səbəb olub. Etirazlar nəticəsində 25-dən çox şəxsin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilir.