Qiyas İbrahimov sərbəst buraxılıb: “Məqsədim intihar etmək deyildi”

Xəbərlər

10.06.2020 - 11:41

cedabet dərman SEO Xidməti

Gənc fəal polis bölməsində zorakılığa məruz qalmadığını deyib

 

Gənc fəal Qiyas İbrahimov sərbəst buraxılıb. AYNA bildirir ki, Q.İbrahimov jurnalistlərə açıqlamasında polis bölməsində zorakılığa məruz qalmadığını deyib. O, həmçinin, məqsədinin intihar etmək olmadığını, bununla sadəcə etirazını bildirdiyini söyləyib.

 

Qeyd edək ki, iyunun 9-da Q.İbrahimov Bakıda yaşadığı evin damına çıxaraq, etiraz aksiyası keçirib. Hadisə yerinə gələn polis əməkdaşları onu binanın damından düşürməyə nail olublar. Q.İbrahimov daha sonra polis bölməsinə aparılıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, Q.İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək məqsədilə qanunsuz çağırışlar edib: “Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib”.

 

“Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək”, - deyə E.Hacıyev əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş