183 nəfər yaralanıb, 35 nəfər həlak olub
Qırğızıstanın Tacikistanla sərhəddə baş verən silahlı qarşıdurma zamanı yaralanan qırğızların sayı 183-ə çatıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə və sosial inkişaf naziri bildirib. Nazir bildirib ki, 35 nəfər həlak olub.
Qeyd edək ki, aprelin 28-də Qırğızıstan və Tacikistan sərhədində mübahisəli “Qolovnoy” Su Paylama Məntəqəsi ətrafında yerli sakinlər arasında münaqişə baş verib.
Hər iki tərəfdəki qarşıdurmalar nəticəsində təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Mayın 1-də Bişkek və Düşənbə Qırğızıstan-Tacikistan sərhədində tam atəşkəs barədə razılığa gəliblər.