Bərpa işi ADA Universitetinin "Bir müəllimin manifesti" layihəsi çərçivəsində həyata keçirilir
Qazax rayonunda yerləşən ən böyük tarixi məhəllə bərpa edilir. AYNA xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Bildirilib ki, bərpa işi ADA Universitetinin "Bir müəllimin manifesti" layihəsi çərçivəsində həyata keçirilir. İşlər tam yekunlaşdıqdan sonra ərazinin həm də turistik zonaya çevriləcəyi gözlənilir.