Qaraçuxur sakinlərinə şad xəbər: Xəttə yeni avtobus verildi

Xəbərlər

11.06.2020 - 11:12

cedabet dərman SEO Xidməti

24 nömrəli marşrut xətti 12 metrlik avtobuslarla təmin edilib

 

Bu gündən etibarən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə məxsus “BMC Procity” 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.

 

Bakı Nəqliyyat Agentliyindən AYNA-ya bildirilib ki, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “Nəriman Nərimanov” stansiyası ilə marşrut xətti üzrə əlaqələndirilməsi təmin edilib.

 

Sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca, xüsusən də, Bakıxanov və Qaraçuxur qəsəbələrində 7 ünvanda pos-terminal qoyulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş