Qarabağda 427 hektar ərazi minalardan təmizlənib

Xəbərlər

06.01.2021 - 11:56

Rusiya MN: Sülhməramlılar 20 minə yaxın partlayıcı qurğunu zərərsizləşdirib

 

Qarabağda 427 hektar ərazi minalardan təmizlənib. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

 

Nazirliyin yanvarın 6-da yaydığı məlumatda qeyd edilib ki, noyabrın 23-dən bu yana Qarabağdakı Rusiya sülhməramlıları 20 minə yaxın partlayıcı qurğunu zərərsizləşdirib.

 

Bundan başqa, qurum bildirib ki, Rusiya sülhməramlı kontingentindən olan xüsusi təyinatlı tibbi bölmə Qarabağda 1100 nəfərdən çox erməniyə tibbi yardım göstərib.

 

Müəllif: Ayna.az