İşğaldan azad olunmuş ərazilərdə son bir həftədə aşkarlanan minaların sayı açıqlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. Bu barədə AYNA-ya ANAMA-dan məlumat verilib.
Bildirilib ki, mayın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 2 436 776 kvadratmetr (243 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.