Qaqik Tsarukyanın zavodu dövlət idarəçiliyinə verilib

Dünya

01.08.2026 - 11:14

ASC-nin səhmləri Ermənistan Respublikasının idarəçiliyinə və himayəsinə verilib

Müxalifətdəki “Çiçəklənən Ermənistan” Partiyasının lideri, iki ay həbs cəzası alan Qaqik Tsarukyana məxsus “İrəvan, Ararat – Noy - Brendi, Şərab və Araq” Zavodu dövlət idarəçiliyinə verilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluğun açıqlamasında deyilir: "Qanunsuz mənşəli aktivlərin müsadirə edilməsi prosesinin bir hissəsi olaraq, Baş Prokurorluğun vasitəçiliyi və Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə “İrəvan, Ararat – Noy - Brendi, Şərab və Araq” Zavodu ASC-nin səhmləri Ermənistan Respublikasının idarəçiliyinə və himayəsinə verilib".

Məhkəmə müvafiq qərarı 30 iyulda verib. Şirkətin səhmlərinin idarəçiliyi və himayədarlığı İqtisadiyyat Nazirliyinin təmsil etdiyi Ermənistan Respublikasına verilib. İddia ərizəsi 29 iyulda verilib.

Daha əvvəl Ermənistan hakimiyyəti Ararat Sement Zavodunu və “Multi Wellness Center” idman kompleksini Tsarukyanın əlindən alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş