Qalxın, insan haqları gəlir!

Cəmiyyət

30.01.2020 - 10:21

Biz savadlı və əqidəli hüquqşünaslarımıza niyə sahib çıxmırıq?

 

Ölkədə hüquq sahəsində islahatların aparıldığı deyilsə də, bu sektorda xeyli nöqsanların hökm sürdüyünün şahidiyik. Ən əvvəl cəmiyyətin hüquqi biliklərə yiyələnməsində, hüquq sahəsində elmi və akademik təhsildəki yetərsizlik bu sahə adamlarını ölkədən uzaqlara aparır.

 

Son illər xaricə ixtisaslaşmaya üz tutan xeyli sayda hüquq müdafiəçilərinin xəbərlərini eşidirik. Çoxu təcrübə qazanmaq adı ilə ölkədən müvəqqəti getsə də, yarısı xarici ölkədə qalmağa üsütünlük verir, geri dönmür və biz itiririk! Bunun səbəbini də çoxumuz gözəl bilirik. Qazanılmış təcrübəni, bilikləri tətbiq etmək üçün milli hüquq sistemi maneələrlə doludur.

 

Azərbaycan öz hesabına, əməyinə, gücünə ixtisaslaşan, beynəlxalq təcrübəni öyrənən hüquqşünaslarımıza niyə sahib çıxmır? AYNA bu barədə xaricdə yaşayan hüquqşünas soydaşlarımızla həmsöhbət olub.

 

“Vətəndaşlıq üçün müraciət edəcəyəm”

 

Britaniyada yaşayan hüquqşünas, insan hüquqları üzrə mütəxəssis Günel İsmixanovanın danışdığına görə, o, heç yuxularında da Azərbaycana qayıtmaq istəmir: “Bir müddətdir, burada yaşayıram. Bura hüquq sahəsində təcrübə qazamaq üçün gəlmişdim. Hazırda da miqrasiya hüququ üzrə ixtisaslaşıram. Səmimi və açıq şəkildə bildirmək istəyirəm ki, qanunvericiliyin bu qədər mükəmməl olduğu ölkədən, addımbaşı hüquqların tapdalandığı ölkəyə qayıtmaq istəməzdim və bunu etmək axmaqlıq olardı”.

Raminə Eyvazqızı