Qaluzin: “Rusiya Ermənistandan Gümrüdən bazanın çıxarılması ilə bağlı sorğu almayıb”

Dünya

15.09.2026 - 12:55

“Moskva bu hərbi bazanın Ermənistan və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının vacib elementi olduğuna inanmağa davam edir”

“Rusiya Ermənistandan hərbi bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almayıb”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini verdiyi açıqlamada bildirib ki, "Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir sorğu almamışıq".

Diplomat vurğulayıb ki, “Moskva bu hərbi bazanın Ermənistan və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının vacib elementi olduğuna inanmağa davam edir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş