Putinin xərçəng xəstəliyindən əməliyyat olunduğu iddia edilib
Rusiya Prezidenti Vladimir Putinin fevral ayında xərçəng xəstəliyindən əməliyyat olunduğu iddia edilib. AYNA-nın məlumatına görə, iddianı irəli sürən şəxs rusiyalı müxalifətçi Valeri Solovey olub.
Bununla yanaşı, Putinin Parkinson xəstəliyinə tutulduğunu da bildirən Solovey, Rusiya liderinin səhhətindəki problemlərə görə, vəzifəsini yanvar ayında qızı Katerina Tihonovaya həvalə edəcəyini deyib.
Lakin Kreml Putinin Parkinson xəstəliyinə tutulduğu xəbərinin doğru olmadığını və onun tamamilə sağlam olduğunu açıqlayıb.
Qeyd edək ki, 2014-cü ildə “New York Times” qəzeti də Putinin xərçəng xəstəsi olduğunu iddia etmişdi.