Putindən Zelenskinin açıq məktubuna cavab: “Mənasızdır”

Dünya

06.06.2026 - 10:07

“Heç vaxt Zelenski ilə görüşməkdən imtina etməmişəm, lakin kol-kos gəzməyə qarşıyam”

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubuna cavab olaraq şəxsi görüşün "mənasız" olduğunu bildirib.

AYNA.AZ xəbər verir ki, Zelenskinin açıq məktubu  4 iyun tarixində Ukrayna prezidentinin saytında dərc olunub. Məktubda o Putinə münaqişələrin həlli ilə bağlı danışıqların üçüncü bir ölkədə - İsveçrədə, Türkiyədə və ya ərəb dövlətində keçirilməsini təklif edib. Zelenski hesab edir ki, danışıqlara gələcək razılaşmaların potensial qarantı kimi ABŞ və Avropa ölkələri cəlb olunmalıdır.

Putin məktubda "kobudluq elementləri olduğunu" bildirib: "Bu, şəxsi görüş və danışıqlar üçün şərait yaratmaq üçündür, yoxsa heç bir şəxsi görüşün keçirilməsinin mümkün olmadığı bir mühit yaratmaq üçündür? Düşünürəm ki, bu, sonuncudur".

Daha sonra Putin Rusiya hərbçilərinə müraciət edərək bildirib: "Qardaşlar, çalışmağa davam edin".

Putin vurğulayıb: “Heç vaxt Zelenski ilə görüşməkdən imtina etməmişəm, lakin kol-kos gəzməyə qarşıyam”.

Putin bildirib ki , bir neçə həftə əvvəl bir rusiyalı iş adamı Zelenski ilə görüşmək üçün Kiyevə gedib. Rusiya Prezidenti iş adamının adını və ya görüşün təfərrüatlarını açıqlamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş