Putin Vitkoffu 8 saat gözlətdirib: “Buranın ağası mənəm”

Dünya

15.03.2025 - 10:51

Həkimlər Klinikalar SEO Xidməti

Trampın xüsusi nümayəndəsi Putinin razılığı ilə deyil, tələblərinin yeni siyahısı ilə Rusiyanı tərk edib

Dünən Moskvaya səfər edən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Vladimir Putinlə görüşmək üçün 8 saat gözləməli olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, ümumilikdə Vitkoff Rusiya paytaxtında 12 saatdan bir qədər çox qalıb. Bunu Moskvanın Vnukovo hava limanından çəkilən görüntülər də təsdiqləyir.

Telekanal qeyd edir ki, xüsusi nümayəndənin təyyarəsi nahar vaxtı eniş edib və o, Kremlə dəvət olunmazdan əvvəl səkkiz saat heç bir iş görməyib.

Bildirilir ki, görüşün gecikməsi səfəri tələsik təşkil olunmuş Belarus Prezidenti Aleksandr Lukaşenkonun Moskvaya eyni vaxtda gəlməsi ilə bağlı ola bilər. Kanal vurğulayır ki, bunun qəsdən, yoxsa təsadüf olub-olmadığı bəlli deyil. Lakin vəziyyət Putinin öz gücünü nümayiş etdirməyə yönəlmiş klassik strategiyasına bənzəyir.

“Putin küncə sıxışdırılmağı və ya şərtlərin, xüsusən də öz ərazisində diktə edilməsini sevmir. Bu, Vaşinqtona açıq bir siqnal kimi görünürdü: "Buranın ağası mənəm, cədvəli mən təyin edirəm və heç kimə bağlı deyiləm””, “Sky News” iddia edib.

Görüş nəhayət, axşam saatlarında, bağlı qapılar arxasında baş tutub. “Radio Mayak”ın məlumatına görə, Putin görüşlərini saat 1:30-da (Moskva vaxtı ilə) başa vurub. Təxminən yarım saat sonra Trampın nümayəndəsi hava limanına qayıdıb və Putinin razılığı ilə deyil, tələblərinin yeni siyahısı ilə Rusiyanı tərk edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş