“Ölkəsi üçün faydalı olduğunu düşündüyü məsələ üçün sona qədər gedər”
Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri haqqında suala maraqlı cavab verib.
AYNA rusiya mediasına istinadən bildirir ki, Putin Ərdoğanla müəyyən məsələlərdə fərqli fikirlərə sahib olduğunu söyləyib: “Bəzən fəqli mövqedə ola bilərik. Ümumilikdə isə Ərdoğan sözünə əməl, sözünün üstündə duran kişi adamdır. O, ölkəsi üçün faydalı olduğunu düşündüyü məsələ üçün sona qədər gedər”.