Azərbaycanın Pakistandakı səfiri dəyişib, Malayziyaya yeni səfir təyin edilib
Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
AYNA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.