Prezident deputatı təltif edib

Xəbərlər

26.07.2021 - 10:49

Dövlət başçısı Eldar Quliyevlə bağlı sərəncam imzalayıb

 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Allahyar oğlu Quliyev “Şərəf” ordeni ilə təltif edilib.

 

AYNA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Qeyd edək ki, iyulun 26-da deputat Eldar Quliyevin 70 yaşı tamam olur.

Müəllif: Ayna.az