"Etibar bərpa olunana qədər, onlar hər gün bizə tətbiq etdiklərini dayandırana qədər onlara etibar etmək çətindir"
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampla görüşməkdən imtina edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran lideri özü jurnalistlərə deyib.
"Etibar bərpa olunana qədər, onlar hər gün bizə tətbiq etdiklərini dayandırana qədər onlara etibar etmək çətindir", - Pezeşkian deyib.
İran Prezidenti əlavə edib ki, beynəlxalq ictimaiyyət ölkədəki vəziyyətdən xəbərdardır. Onun sözlərinə görə, "ABŞ-ın İrana etdiyi hərəkət insanları çox narahat edib".