“Yeni diplomatik təkliflər irəli sürülməyib”
“Ukrayna ilə danışıqlar dayandırılıb. Çünki yeni diplomatik təkliflər irəli sürülməyib”. AYNA.AZ xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov “RİA Novosti”yə deyib.
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, "sülh danışıqları məsələsi hazırda dayandırılıb və yeni ideyalar yoxdur".
O əlavə edib ki, “münaqişəyə son qoymaq üçün Ukrayna Moskvanın tələblərini yerinə yetirməlidir”.