"Perunun İranla diplomatik əlaqələri kəsmək qərarı konsulluq əlaqələrinin kəsilməsini nəzərdə tutmur"
Peru hökuməti İranla diplomatik əlaqələri kəsmək qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bəyanatda deyilir: "Peru Respublikası hökuməti İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib".
XİN bu addımın xüsusən də Yaxın Şərqdəki vəziyyət və İranın Hörmüz boğazındakı hərəkətləri ilə əlaqəli olduğunu açıqlayıb.
Nazirlik qeyd edib ki, "Perunun İranla diplomatik əlaqələri kəsmək qərarı konsulluq əlaqələrinin kəsilməsini nəzərdə tutmur".