Payızda kəskin respirator xəstəliklərin artımı gözlənilir

Xəbərlər

03.08.2020 - 18:04

cedabet dərman SEO Xidməti

Yaqut Qarayeva: “Koronavirusla mübarizədə qəbul olunmuş profilaktik tədbirlər bizi bütün başqa respirator xəstəliklərdən qoruyar

 

“Hazırda geniş müzakirə olunan məsələ payız-qış mövsümünə hazırlıqdır. Hər il payız-qış mövsümündə mövsümi qrip və başqa kəskin respirator xəstəliklərin artımı gözlənildiyi kimi, bu il də gözlənilir”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

“Bu artım COVID-19 pandemiyası fonunda hansı nəticələrə gətirib çıxara bilər? Hazırda bu məsələ geniş müzakirə olunur. Əgər biz koronavirusla mübarizədə qəbul olunmuş profilaktik tədbirlərə riayət edəriksə, bu, bizi bütün başqa respirator xəstəliklərdən də qoruyar”, - o bildirib.

 

Qarayevanın sözlərinə görə, bu gün dünyada COVID-19-la mübarizədə geniş tədbirlər görülən ölkələrdə, hətta qrip və digər respirator xəstəliklərin sayında da azalma hiss olunur: “Biz yenə də maskadan istifadə etməli, gigiyena qaydalarına əməl etməliyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş