"Patı" çəkən xətt avtobusunun sürücüsü həbs edilib

Xəbərlər

24.07.2021 - 21:38

O, həmçinin 1 illik sürücülük hüququndan məhrum olunub

 

Abşeronda 142 saylı xətt avtobusunu idarə edərkən narkotik vasitədən istifadə edən Allahverdi Bədəlov həbs edilib.

 

Bu barədə AYNA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

 

DYP rəsmisi bildirib ki, Abşeron rayon Məhkəməsinin qərarı ilə A.Bədəlov 10 sutka inzibati həbs edilib. O, həmçinin 1 illik sürücülük hüququndan məhrum olunub.

Abşeronda

Müəllif: Ayna.az