Onlardan ikisi girov müqabilində sərbəst buraxılıb və səyahət məhdudiyyətləri altındadır
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" parlament fraksiyasının (partiyanın lideri Baş nazir Nikol Paşinyandır) hazırkı rəhbəri Hayk Konjoryanın qardaşı Avet Konjoryanın döyülməsi ilə bağlı beş nəfər həbs edilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə İstintaq Komitəsindən bildirilib.
"Cinayət işi çərçivəsində beş nəfərə qarşı Cinayət Məcəlləsinin 195-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi (bir qrup şəxs tərəfindən fiziki zorakılıq) ilə dövlət ittihamı irəli sürülüb. Onlardan ikisi girov müqabilində sərbəst buraxılıb və səyahət məhdudiyyətləri altındadır. Qalan təqsirləndirilən şəxslərə qarşı heç bir qabaqlayıcı tədbir görülməyib”.
İlkin məlumata görə, Konjoryanı "Millon Mining" şirkətinin direktoru Babken Hovakimyan, Abovyan icma ağsaqqallar şurasının üzvü Nairi Hakobyan və onların tanışları döyüblər.
Hadisədən sonra Hakobyanın həyat yoldaşı mediaya bildirib ki, uzun müddətdir ki, evlərinin yanından keçərək ailəsi təhqir edilir. Təhlükəsizlik kamerasının görüntüləri də mediada yayılıb və Konjoryanın təhqir etdiyi görünür. Bir videoda onun polis maşını ilə müşayiət olunduğu görünür.
Medianın məlumatına görə, keçmiş dostlar Hakobyan və Konjoryanın düşmənçiliyi onların birgə biznesində maliyyə problemləri yarandıqdan sonra başlayıb.
Qeyd edək ki, döyülmə hadisəsi 24 iyulda baş verib. Hadisənin videosu isə dünən yayımlanıb.