“Onların fikrincə, indi başımızı bunkerlərimizdən çıxarmağa belə qorxmalıyıq”
“Müxalifət bizdən soruşur: "Niyə peraşki yeyirsiniz?". Onların fikrincə, indi başımızı bunkerlərimizdən çıxarmağa belə qorxmalıyıq”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyanın iclasında parlament üzvlərinin suallarını cavablandırarkən deyib.
"Onlar üçün peraşki yeməyimiz böyük bir sensasiyadır. Axı onların proqnozlarına görə, ya biz ümumiyyətlə burada olmamalı idik, ya da bu sessiya onlayn keçirilməli idi. Nə qədər çox piroq yesək, siyasi özünəinamları bir o qədər azalır. Onların problemi peraşki və ya regiondakı hadisələr deyil, sadəcə növbəti parlamentə daxil ola bilməyəcəkləridir", - Paşinyan deyib.